Now Reading:
Ziya Məmmədova dönük çıxan Mübariz Ağayev necə cəzalandı?
Full Article 3 minutes read

Ziya Məmmədova dönük çıxan Mübariz Ağayev necə cəzalandı?



Azərbaycan məmurlarının arxivi gizli sandıqça kimidir. Bu qaranlıq qutular açıldıqca üstüörtülmüş, yaxın çevrəsinin bildiyi mübhəm işlər aydınlığa çıxır

Onların vəzifədə olduğu dövrdə başıpozuq hərəkətləri, özbaşınalıqları, qanunsuzluqları tək-tək, bircə-bircə üzə çıxır. Ancaq əfsus ki, bəziləri himayədarlarına görə cəzasız qalırlar.

Göyçayın sabiq icra başçısı, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Texniki siyasət şöbəsinin müdir müavini Mübariz Ağayevin rayona rəhbərlik etdiyi illərdə fasiləsiz olaraq həyata keçirdiyi “əməliyyat”ların da üstü indi-indi açılmağa başlayır.

Bu sirlərin alt qatında gizlənmiş nüanslardan biri intihar etmiş MTN polkovniki İlqar Əliyevlə dostluğu oldu.

M.Ağayev uzun müddət bu məsələni gizlədə bilmişdi. Hər şey İ.Əliyevin qardaşının mətbuata verdiyi müsahibə ilə aydınlaşdı.

Keçmiş icra hakiminin intihar etmiş MTN zabitinin yas mərasimində iştirak etdiyini dilə gətirən İ.Əliyevin qardaşı M.Ağayevin dostluğa sədaqətli olduğunu demək istəmişdi.

İcra başçısı ilə MTN vəzifəlisini bir-birinə bağlayan tellərin nədən ibarət olduğu açıqlanmasa da, Göyçayın keçmiş rəhbəri faktdan boyun qaçıra bilməmişdi.

Bu günlərdə redaksiyamıza mötəbər qaynaqlardan sızan xəbərlər isə M.Ağayevin heç də həmişə dostluğa sadiq olduğunu deməyə əsas vermir.

Mənbənin qeydlərindən belə aydın olur ki, keçmiş başçı öz hamisinə belə dönük çıxıbmış. İ.Əliyevə vəfa borcunu yerinə yetirmiş eks-başçı başqa bir tərəfdən də himayəçisinə arxa çevirir.

Mənbə iddia edir ki, M.Ağayev Göyçaya rəhbərlik etdiyi dövrdə bir neçə inzibati binanın və obyektin tikintisi başlanıb.

Onun bu posta gətirilməsində əli olan o zamankı nəqliyyat naziri Ziya Məmmədov Göyçayda Gənclər Evinin tikilməsini də təklif edir. M.Ağayev bu mərkəzin inşasına vəsait olmadığını söyləyir.

Nazir isə əvəzində ona borca maliyyə verəcəyini söyləyir və təkid edir ki, həmin obyekt tikilsin, imkan olanda pulu qaytarar. Bir müddət sonra Gənclər Evi də daxil bir neçə yeni bina istifadəyə verilir və açılış mərasimində prezident İlham Əliyev də iştirak edir.
Ölkə başçısı Göyçaya səfəri zamanı açılışında iştirak etdiyi obyektləri bəyənir. Bundan sonra Göyçaya ehtiyat fondunan 3 milyon manat vəsait ayrılır ki, yenidənqurma işləri davam etdirilsin.

M.Ağayevin bu vəsaitləri hansı şəkildə xərclədiyi bir yana qalsın, himayədarı olan Z.Məmmədova Gənclər Evinə görə verdiyi borc pulu qaytarmır. Məsələ getdikcə ciddiləşir və mübahisəyə çevrilir.

Qəzəblənmiş nazir icra başçısını cəzalandırır və onun vəzifədən getməsinə özü qərar verir. Z.Məmmədov M.Ağayevin “qələmini qırır” və həqiqətən də onunn Göyçaya rəhbərlik etməsi qısa zaman olur.

İddialara görə, işsiz qalan M.Ağayev Z.Məmmədovun oğlu tərəfindən şirin vəd alır. Nazir oğlu Anar Məmmədov onu yüksək vəzifəyə göndərməyə söz verir.
Ziya Məmmədova dönük çıxan Mübariz Ağayev necə cəzalandı?
Ona görə işdən azad ediləndən sonra sabiq başçı mətbuata açıqlamasında RİH-də işləməyin çətin olduğunu qeyd edir və nazir müavini gedəcəyini söyləyir.
Məlum olur ki, A.Məmmədov ona qayınatası olan kənd təsərrüfatı naziri Heydər Əsədovun müavini göndərməyə vəd verir.

Amma o da olmur. M.Ağayev KTN-də indi struktur islahatları nəticəsində ləğvinə zərurət yaranan bir şöbəyə (Texniki siyasət şöbəsi-red) müdir müavini təyin olunur.

Göyçayın keçmiş icra başçısı avtomobil həvəskarıdır və bahalı maşınlar kolleksiyası var. Həmçinin. Onun şadlıq sarayları və villaları diyar-diyar tikilib.

Bildirilir ki, M.Ağayevin Qubada şadlıq evi və villası, Göyçayda iki şadlıq evi və iki villası, üstəgəl, bir çörək zavodu var. Bu azmış kimi, Mingəçevirdə bir şadlıq evi, bir villası, Novxanıda bağ evi, Bakıda üç yerdə – villa, yaşayış binasından mənzil və şadlıq sarayı var.

Mənbə deyir ki, hər gün maşınlarını dəyişir və gün ərzində 4 dəfə fərqli avtomobil sürür. Onun “Mercedes GL”, “Hundai Azero”, “Mercedes C klass” markalı maşınları var. O, sonuncu ilə işə gedir.

Bütün bu faktlar göstərir ki, M.Ağayev “vurulmuş” kadr olsa da, imkanları çox geniş olan bir biznesmen-məmurdur.

Bu iddialarla bağlı onun mövqeyini dərc etməyə hazırıq.

Ulus.Az

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.