Now Reading:
Zaqatala Mərkəzi Xəstəxanasının “rüşvət dəftəri” mətbuata sızdı
Full Article 30 second read

Zaqatala Mərkəzi Xəstəxanasının “rüşvət dəftəri” mətbuata sızdı



BAstainfo.com saytının redaksiyasına Zaqatala Mərkəzi Xəstəxanasında həkimlərdən alınan rüşvətin qeydiyat dəftəri olduğu iddia edilən siyahı təqdim olunub.

“Xəstəxananın baş həkiminin qoyduğu qaydaya əsasən hər ay həkimlərdən müəyyən məbləğdə pul yığılır. Hansı həkimin nə qədər pul ödədiyi haqda qeydiyyat aparılır. Lakin  xəstəxananın işçilərindən biri bu dəftəri ələ keçirərək, onu ictimailəşdirmək qərarına gəlib. Zaqatala xəstəxanasının rəhbərliyi bu dəftərin ələ keçdiyindən xəbərdardır. Bu dəftərin kimdə olduğunu axtarırlar, xəstəxanada hamı bir-birinə dəyib”, – mənbə bildirir.

Beləliklə, xəstəxananın “rüşvət dəftəri” “Basta” redaksiyasındadır. Bununla bağlı araşdırma yazısı oxuculara təqdim ediləcək.

Bastainfo.com

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: