Now Reading:
Zakir Həsənov – Düşmənə daha ağır zərbə vurulacaq
Full Article 2 minutes read

Zakir Həsənov – Düşmənə daha ağır zərbə vurulacaq

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

“Tarix boyu Ermənistan Azərbaycan xalqına düşmənçilik mövqeyindən çıxış edib, yüzilliklər boyu bunu nümayiş etdirib”. Bu sözləri Azərbaycanın müdafiə naziri Zakir Həsənov Qəbələdə Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan ordusu cəbhədə erməni təxribatlarının qarşısını alır və gələcəkdə də alacaq: “Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan sülh tərəfdaşıdır və məsələni sülh yolu ilə həll etmək istəyir. Lakin son illər göstərir ki, beynəlxalq qərarların (Ermənistanın işğalçılıq siyasətinə son qoyması ilə bağlı – red.) həyata keçirilməsində böyük problemlər var. Ona görə də, biz güclü olmalı, ordumuzu gücləndirməliiyk. Silahlı Qüvvələrimiz yüksək döyüş hazırlığına malikdir və bu gün prezidentin orduda həyata keçirdiyi islahatlar öz bəhrəsini verir. Azərbaycan ordusu qarşısında duran vəzifələrini yerinə yetirməyə qadirdir və hazırdır”.
Ermənistan qoşunlarının mülki əhalini atəşə tutması ilə bağlı sualı cavablandıran nazir bildirib ki, gələcəkdə də bu təxribatların qarşısı alınacaq və düşmənə daha ağır zərbə vurulacaq: “Son təxribatlar onlara çox baha başa gəldi, həm canlı qüvvə, həm də texnika baxımından çoxsaylı itki verdilər. Bu gün Prezident və Azərbaycan xalqı Silahlı Qüvvələrinin fəaliyyətini yüksək qiymətləndirir. Ordunun şəxsi heyəti bu dəstəyi hiss edir”.
 

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.