Now Reading:
Zakir Fərəcovun diversant qorxusu
Full Article 1 minutes read

Zakir Fərəcovun diversant qorxusu



 

Yaxud “Sumqayıt” lövhəsinin “1 nömrəli post” elan edilməsinə səbəb nədir?

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov arasında ərazi bölgüsü üstündə ciddi qarşıdurmanın yaşandığından bəhs etmişdik. Qeyd etmişdik ki, X.İsgəndərovun Sumqayıt-Novxanı çimərliyinin kəsişdiyi yerə vurulan “Sumqayıt” lövhəsinə ağır texnika vasitəsi ilə “hücum” təşkil etməsiylə başlayan qalmaqal sonradan səngisə də, icra başçıları arasında münasibətlər bu gün də kifayət qədər gərgindir.

Bugünlərdə məlum olayla bağlı 24saat.org-a maraqlı informasiya daxil olub. Etibarlı mənbədən daxil olan məlumata görə, bir neçə gün bundan öncə Z.Fərəcov mübahisəli ərazidə yenidən “Sumqayıt” sözü yazılan lövhə yerləşdirsə də, icra başçısının məlum lövhə ilə bağlı narahatığı davam edir. Belə ki, bu dəfə “Sumqayıt” lövhəsinə qarşı “fərqli üslubda” hər hansı təxribat həyata keçirilə biləcəyindən ehtiyat edən Z.Fərəcov, həm icra hakimiyyətindəki şəxslərə, həm də  ərazidə xidmət aparan güc orqanı əməkdaşlarına ayıq-sayıq olmağı, lövhəni göz bəbəyi kimi qorumağı tapşırıb. İcra başçısı onları inandırmağa çalışb ki, indiki “həssas dönəmdə” bu, olduqca vacib məsələdir.

Mənbənin sözlərinə görə, Z.Fərəcovun mümkün diversiya ilə bağlı xəbərdarlığı “Sumqayıt” lövhəsini 1 nömrəli post halına gətirib. Hansı ki, artıq bu postun toxunumazlığı şərəf işi hesab edilir.

24saat.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.