24 saat

Zərdabda misli görünməmiş rəzalət – DSMF-in şöbə rəisinin insanlığa ləkə olan addımı – ŞİKAYƏT


24saat.org saytının elektron ünvanına Zərdab rayonu Bıçaqçı kənd sakini Əbülhəsənli Zaur Ağahəsən oğlu tərəfindən ŞİKAYƏT ərizəsi daxil olub. Həmin ərizəni və şikayətçinin yolladığı videogörüntüləri olduğu kimi təqdim edirik:

Bu, bəlkə də Azərbaycanda misli görünməmiş biabırçılıqdır ki, Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev edib.

Belə ki, anadangəlmə şikəst I qrup əlil və yataq xəstəsi olan qardaşım Əbülhəsənli Fərid Ağahəsən oğlunun təqaüdünün azaldırlmasəna etiraz olaraq yazdığım şikayət ərizələrinə görə Canpolad Vəliyev mənə qarşı məhkəmə iddiası qaldırıb. DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəliyev məndən 5000 manat təzimat tələb edir. Guya mən Canpolad Vəliyevin qanunsuz əməlləri barədə mərkəzi orqanlara yazdığı şikayət ərizələrimdə onun şərəf və ləyaqətini alçaldıb, işgüzar nüfuzuna xələl gətirmişəm. Qeyd edim ki, qardaşım 21 yaşlı Fərid anadangəlmə şikəst olmaqla I qrup əlildir və yataq xəstəsidir. Yeriyə bilmir, güclə danışır. Danışanda da nitqini başa düşmək olmur. Çox acənacaqlı yoxsulluq həddində yaşayırıq. Bizim yaşayışımızı görən hər bir vicdanlı şəxs dəhşətə gəlir ki, belə bir şəraitdə yaşayırıq. Atam 20 il əvvəl vəfat edib. Qoca anam, 2 azyaşlı uşağım, həyat yoldaşım bir də əlil, yataq xəstəsi olan qardaşımla bir yerdə uçuq-sökük daxmada yaşayırıq. Ailəmizdə heç kəs işləmir.


Mən mətbuat vasitəsiylə Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyevadan xahiş edirəm yataq xəstəsi I qrup əlilin pensiyasını kəsdiyi üçün yazdığım ərizəyə görə məni məhkəməyə verib 5000 manat təzimat tələb edən DSMF-nin Zərdab rayon şöbəsinin müdiri Canpolad Vəlievin saxta, qanunsuz fəaliyyətini ciddi araşdırıb onun cinayət məsuliyyətinə cəlb edilməsinə tapşırıq verəsiniz.

Bunu bütün Zərdab rayon sakinləri gözləyir. Çünki Canpolad Vəliyevin qanunsuz fəaliyyətini korrupsiya əməllərini təsdiq edən konkret subutlar sənədlər var ki, dəfələrlə mətbuatda nümayiş edilib.

Sizdən xahiş edirik bu harın məmurun barəsində ciddi tədbirlər görəsiniz.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: