Now Reading:
Zərərçəkən: Vüsal Ələkbərovdan 200 min dollar istəyirəm
Full Article 2 minutes read


MTN-in sabiq şöbə rəisinin şikayəti əsasında aparılan məhkəmə istintaqı tamamlanıb

Yanvarın 25-də Bakı Apelyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Qədim Babayevin sədrlik etdiyi iclasda zərərçəkmiş iş adamı Mehrac Qurbanov çıxış edib. O, deyib ki, Vüsal Ələkbərova 200 min dollar verib: “Həmin pulu Vüsaldan istəyirəm”.

Daha sonra məhkəmə istintaqı tamamlanıb və çıxış etmək üçün prokurora söz verilib.

Prokuror bildirib ki, cinayət işinin həcmi böyükdür. O çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Hakimlər onun istəyini nəzərə alıb və prokurora çıxışa hazırlaşmaq üçün vaxt verilib.

Növbəti proses fevralın 1-də davam edəcək.

V.Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və digər maddələrlə ittiham olunur. V.Ələkbərov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun rütbəsinin geri alınması barədə qərardad da çıxarıb.

MTN ətrafında hadisələr 2015-ci il oktyabrın 17-də prezidentin sərəncamı ilə nazir Eldar Mahmudovun vəzifədən kənarlaşdırılmasından sonra başlayıb. Yoxlamalar nəticəsində çoxaylı qanun pozuntusu, iş adamlarına qarşı reket və digər cinayətlərdə təqsirli bilinən nazirliyin onlarla yüksək vəzifəli şəxsi vəzifədən çıxarılaraq, həbs ediliblər.

Eldar Mahmudovun işdən kənarlaşdırılmasından iki ay sonra prezidentin sərəncamı ilə MTN ləğv edilərək, onun bazasında iki qurum – Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.