Now Reading:
YouTube ofisinə hücum edənin azərbaycanlı olduğu bildirilir
Full Article 50 second read

“You Tube”-nin mənzil qərargahına silahlı hücum edən qadının kimliyi məlum olub.



Hücumu törədən qadının əslən İrandan olan azərbaycanlı Nasim Ağdam olduğu bildirilir. (APA)

24saat.org xəbər verir ki, Kaliforniya ştatının San-Bruno əyalətində yerləşən “YouTube”-nin baş ofisinə silahlı basqın olub. San-Bruno əyalət polisinin şefi Ed Barberini bildirib ki, silahlı hücumu təşkil etməkdə şübhəli bilinən qadın “YouTube”-nin baş ofisində ölü tapılıb. Onun polislər tərəfindən öldürüldüyü, yaxud intihar etdiyi hələlik məlum olmasa da, polis şefi meyidin üzərində aparılan ilkin müayinə zamanı intihar etdiyini söyləməyə ciddi əsasların olduğu iddia edib.

Xatırladaq hadisə Amerika vaxtı ilə 02 Apreldə baş verib. Silahlı insident zamanı biri kişi (36 yaş), ikisi qadın (34 və 27 yaşlarında) olmaqla 3 nəfər San-Fransiskoda yerləşən travmotoloji xəstəxanaya yerləşdirilib. Daha sonra ağır yaralıların sayının 4 olduğuna dair açıqlama verilib.

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: