Now Reading:
Yol polisi sürücülərə xəbərdarlıq etdi
Full Article 40 second read


Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə tövsiyə edib.

İdarədən verilən məlumatda qeyd olunur ki, sürücülərə yağmurlu hava şəraitində, xüsusilə yağışın yeni başladığı vaxtlarda son dərəcə ehtiyatlı olmaları, ərazidə icazə verilən maksimum sürət həddindən asılı olmayaraq idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormozlama etməmələri tövsiyə olunur.

Mexaniki nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanlarının, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, texniki cəhətdən nasaz vəziyyətdə olan avtomobillərdən istifadə olunmamalıdır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.