Now Reading:
Yenilənmiş ''siyasi məhbus siyahısı''nda 147 nəfərin adı var
Full Article 2 minutes read

Yenilənmiş ''siyasi məhbus siyahısı''nda 147 nəfərin adı var



Siyasi məhbus, foto: sosial şəbəkə
Siyasi məhbus, foto: sosial şəbəkə.

Siyasi məhbuslar içərisində jurnalist, bloger, ictimai fəal, dindar, şair, yazarlar var

“Siyasi məhbus siyahısı” yenilənib. Məlumatı Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrup yayıb.

Qrup bildirir ki, aparılan araşdırmalar nəticəsində cinayət təqibində siyasi motivlərin olduğu müəyyən olunan siyasi məhbuslar bölməsindəki şəxslərin sayı 147 nəfərdir.
“Onlardan 97-si inanclı fəal, 11-i siyasi və ictimai fəal, 11-i sosial etirazlarla bağlı həbs olunan, 10-u Səid Dadaşbəylinin qrupuna daxil olan, 7-si jurnalist və bloger, 3-ü ömürlük həbs olunan, 3-ü siyasi girov, 2-si şair və yazar, 2-si keçmiş məmur, 1-i hüquq müdafiəçisidir”.

Məlumatda qeyd edilir ki, həbslərinin siyasi motivliliyi barədə ehtimalların olmasına baxmayaraq, əlavə məlumatlara və araşdırmalara ehtiyac yarandığı üçün İşçi Qrup 6 məhbusun adını “işləri monitorinq altında olanlar” bölməsinə salıb.

“Martda əfv olunan 8 nəfərin adı siyahıdan çıxarılıb. Siyahı üzərində işi davam etdiririk. Növbəti yenilənmə barədə ictimaiyyəti məlumatlandıracağıq”.

Azərbaycanda 2 siyasi məhbus siyahısı var. Digər, Siyasi Məhbusların Müdafiə Mərkəzinin aprelin 1-də açıqladığı siyahıda 162 nəfərin adı var.

Siyasi Məhbusların Vahid Siyahısının hazırlanmasında məqsəd siyasi motivlərlə həbs olunmuş şəxslər barədə ümumi ictimai mövqenin ortaya qoyulması, bununla da onların azad edilməsi üçün ölkə daxilində və beynəlxalq qurumlarda səyləri artırmaqdır.

24saat.org

Mənbə – www.meydan.tv

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: