Now Reading:
Yeni nazirin 8 müşaviri olacaq
Full Article 30 second read

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşavirləri postları yaradılıb.



 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) “report”a verilən məlumata görə, bununla bağlı yeni əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmr imzalayıb.

Belə ki, nazirin 8 müşaviri olacaq. Artıq bu yerlərin əksəriyyətinə təyinatlar olub. Məlumata görə, nazirin müşaviri vəzifəsinə təyin edilən şəxslər əvvəllər İqtisadiyyat Nazirliyində işləyiblər. Beləliklə, yeni nazirin 4 müavini ilə yanaşı, 8 müaşviri olacaq.

Qeyd edək ki, əvvəllər əmək və əhalinin sosial müdafiəsi nazirinin cəmi bir müşaviri olub.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: