Now Reading:
Yaşlı qadını döyüb sonuncu 3 manatını aldılar
Full Article 40 second read

Yaşlı qadını döyüb sonuncu 3 manatını aldılar



68 yaşlı qadının əl-qolunu bağlayıb, yüksək məbləğ tələb edən quldur cəmi 3 manat və mobil telefonla kifayətlənməli olub.

24saatşorg  Region TV-yə istinadən xəbər verir ki, Tovuzun Nəriman Nərimanov küçəsində baş verən hadisə zamanı Gədəbəy sakini Elxan Pirverdiyev Telli Qarayevanın evinə girərək onu döyüb, əl-qolunu bağlayıb və pul tələb edib.

 

Qadın döyüldükdən sonra 3 manatının olduğunu, onu da çörək almaq üçün saxladığını bildirib. Yüksək məbləğ əldə edə bilməyən “qəhrəman” 3 manat pulu və mobil telefonu götürərək evi tərk edib.

 

Tovuz polisinin keçirdiyi uğurlu əməliyyat nəticəsində hadisəni törədən Gədəbəy rayon Şaxtaxtlı kənd sakini, əvvələr məhkum olumuş E.Pirverdiyev saxlanılıb. O, hadisəni törətməzdən əvvəl Tovuzda yaşayan məhbus yoldaşının evinə qonaq gəldiyini, yeyib-içdikdən sonra onun qonşusuna qarşı quldurluq etdiyini bildirib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: