Now Reading:
Yaponiya imperatorunun istefa verməsinə imkan yaradacaq qanun layihəsi hazırlanıb
Full Article 40 second read

Yaponiya imperatorunun istefa verməsinə imkan yaradacaq qanun layihəsi hazırlanıb



Yaponiya hökuməti mayın 19-da ölkə parlamentinə imperator Akihitoya taxt-tacı tərk etmək və onu varisinə vermək imkanı qazandıracaq xüsusi qanun layihəsi təqdim edəcək.
Bu barədə Yaponiyanın “Kiodo” xəbər agentliyi etibarlı mənbəyinə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, Yaponiya hökuməti yeni qanun layihəsinin iyunun 18-də başa çatacaq cari parlament sessiyasının sonuna qədər qəbul ediləcəyinə ümid edir.
Qanun yalnız 83 yaşlı imperator Akihitoya şamil ediləcək. Belə ki, o, ötən il taxt-tacı tərk etmək istədiyini bildirib, amma Yaponiya qanunları buna imkan vermir.
İmperatorun yerinə vəliəhd şahzadə Naruhitonun gələcəyi gözlənilir.
Report

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: