Now Reading:
YAP üzvlərinə məcburi qaydada “könüllü” ərizə yazdırılır – “…maaşımdan 2 AZN tutasınız”
Full Article 2 minutes read

YAP üzvlərinə məcburi qaydada “könüllü” ərizə yazdırılır – “…maaşımdan 2 AZN tutasınız”



YAP üzvlük haqqını 2 qat artırıb

Məlum olduğu kimi son devalivasiyadan sonra ölkə iqtisadiyyatında yaranan geriləmə yaşamın bütün sahələrində özünü açıq-aşkar biruzə verir. Hər nə qədər ölkə rəhbərliyi vəziyyətin yaxşı olduğunu qələmə verməyə çalışsa da, günü-gündən artan sosial qayğılar fonunda cəhd çox uğursuz alınır.

Az24saat.ORG saytının əldə etdiyi və müxtəlif mənbələrdən təsdiqlənən məlumata görə, yaranan iqtisadi krizis hakim Yeni Azərbaycan Partiyasını da “vurub”. Partiya rəhbərləri çıxış yolu kimi üzvlük haqlarının artırılması, lakin prosesin mümkün qədər mətbuatdan gizlin reallaşmasına qərar verib.

Son məlumata görə hazırda hakim partiyanın 700 mindən çox üzvü var.

Əldə etdiyimiz məlumatda bildirilir ki, 2017-ci ilin son aylarından etibarən dövlət müəssisələrində YAP üzvü olan şəxslərə məcburi qaydada “könüllü ərizə” yazdırılır. Həmin ərizədə YAP üzvü olan vətəndaş “xahiş edirəm mənim məvacibimdən Yeni Azərbaycan Partiyasına ödənilmək üçün 2 AZN tutasınız” yazmağa məcbur edilir. Maraqlıdır ki, bu “könüllü” ərizənin bütün YAP üzvlərinə yazdırılmasının əslində, məcburiyyətinin sübutu olacağı isə hakim partiya rəhbərliyini narahat etmir.

Məlumat üçün bildirək ki, son aylaradək YAP üçün tutulan üzvlük haqqı 1 AZN təşkil edirdi. Başqa sözlə, hazırda hakim partiya hər ay əlavə olaraq 700 min AZN-dən, ümumilikdə isə 1.4 milyon AZN-dən çox ianə toplayır.

az24saat.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.