YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub


Hakim Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatında narazılıq yaranıb.

24saat.org-a daxil olan məlumata görə, narazılıq üzvlük haqqının artırılması ilə əlaqədardır.

Bildirilir ki, YAP-ın Sumqayıt şəhər təşkilatının üzvlərinə növbəti aydan üzvlük haqqının 1 manat qaldırıldığı deyilib. Səbəb kimi isə təşkilat üçün yeni qərargah tikildiyi göstərilib. Bildirilib ki, qərargah daxili imkanlar hesabına inşa edilib. Buna görə də şəhər büdcəsi borclanıb.

Məlumatda qeyd edilir ki, Sumqayıt YAP-çıları narazı olsalar da, qərara tabe olmaq məcburiyyətindədirlər. Əks təqdirdə təzyiqlə üzləşə bilərlər.

Qeyd edək ki, YAP-ın yeni qərargahı 5 və 6-cı mikrorayonların arasında tikilib.

24saat.org

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Fikrət Hüseynli ilə bağlı qalmaqal böyüyür

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: