Now Reading:
Yanğın baş vermiş narkoloji mərkəzin içərisindən: müalicə almış şəxs bunları deyir
Full Article 1 minutes read

Yanğın baş vermiş narkoloji mərkəzin içərisindən: müalicə almış şəxs bunları deyir



Narkoloji Mərkəzdə müalicə alan, adının açıqlanmasını istəməyən şəxlərdən biri BBC Azərbaycancaya deyir ki, orada 21 gün müalicə alıb.

Onun sözlərinə görə, müalicə müəssisəsi qapalıdır, müalicə alanlar 40-50 nəfərlik korpuslarda yerləşdirilib və pəncərələr və qapılar bağlı olaraq saxlanılıb.

“Pəncərələrdə dəmir çərçivə var və korpusun girişində olan nəzarətçi otağı içəridəki vəziyyətə nəzarət edir.

Gecə saat 9-da müalicə alanlara iynələr vurulur və yatmaq vaxtı 10 saatdır.

Xəstələr səhər erkən saatlardan oyanıb müalicəyə davam edirlər. Müalicə alanlar gündə bir dəfə, günorta saatlarında həyətə gəzməyə çıxarılırlar”.

Mərkəzin müalicə olunanlar üçün otaqlarını təsvir edən şəxs deyir ki, qaldıqları otaq balaca, təqribən 7-8 kvadrat və orta təmirli olub, içəridə çay qaynatmaq üçün elektrik çaynikindən istifadə olunub.

“Mətbəx və hamam olmayan korpuslara yeməklər başqa yerdə hazırlanıb gətirilir. İmkanı aşağı olanlar o yeməklərdən yeyirdi, istəməyən öz yeməklərin yeyirdi.

Orada az qalanlar 14 gün, daha uzun müddət qalanlar isə aylarla müalicə olunur.

Müalicə üçün isə gecə saat 21-də tərkibində yuxu dərmanları və ağrıkəsicilər olan, “kokteyl” adlandırılan iynələr vurulur.

 

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.