Now Reading:
Xocalıya ədalət yürüşündə qəh-qəh çəkib gülən deputatlar
Full Article 50 second read

Xocalıya ədalət yürüşündə qəh-qəh çəkib gülən deputatlar

Onların protokol qaydalarına əməl etməmələri insanların sərt reaksiyasına səbəb olub
İki gün əvvəl xalqımız 26 Fefral Xocalı faciəsini yad etdi.Prezident İlham Əliyev və 1-ci vitse Prezident Mehriban Əliyevanın iştirakı ilə dövlət hökümət nümayəndələri Xətai rayonunda yerləşən Xocalı abidəsin doğru yürüş keçirdi.
Bizimyol.info xəbər verir ki, Xocalı faciəsinə həsr olunmuş yürüş zamanı protokol heyətində olan 3 deputat(Nəriman Əliyev, Malik Həsənov və Rüstəm Xəlilovun)faciə qurbanlarına, ümumən xalqımıza və protokol heyətinə hörmətsizlik edərək hər kəsin kədərə büründüyü bir gündə protokolda qəh-qəh çəkib gülmələri Xocalı sakinləri və sosial şəbəkə istifadəçiləri tərəfindən olduqca sərt qarşılanıb. İki gündür bütün sosial şəbəkələrdə adıçəkilən deputatların belə önəmli tədbirdə özlərini apara bilməmələri, protokol qaydalarına əməl etməmələri insanların sərt reaksiyasına səbəb olub.
Prezident İlham Əliyevin dövlət və hökümət nümayəndələrinin iştirak etdiyi və düşmən dövlətin də izlədiyi həmin görüntüləri təqdim edirik.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.