Now Reading:
Xocalıdan olan məcburi köçkün prokurorluğu ittiham edir
Full Article 2 minutes read


Xocalıdan olan məcburi köçkün prezidentə müraciətində nə yazıb?

Xocalıdan olan məcburi köçkün, ikinci qrup Qarabağ əlili, şəhid bacısı Telyanə Cavadova Prezident İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban Əliyevaya, Prezidentin köməkçisi Fuad Ələsgərova, Baş prokuror Zakir Qaralova və Daxili İşlər naziri Ramil Usubova müraciət edib.

Az24saat.org xəbər verir ki, Telyanə Cavadova müraciətində Cəlilabadın prokuroru Tariyel Ələkbədovdan şikayət edir. Məcburi köçkün bildirir ki, prokurorun qanunsuz əməlləri ərinin ölümünə səbəb olub.

“Oğurluq faktı ilə bağlı Cəlilabad prokurorluğunun qeyri-obyektiv araşdırmaları və bu işdə məsuliyyət daşıyanları açıq-aydın məsuliyyətdən yayındırılması nəticəsində Qarabağ əlili olan ərim sarsıntı keçirərək yatağa düşdü. Az sonra isə dünyasını dəyişdi”.

Telyanə Cavadova bildirir ki, oğlunun mağazasında oğurluq baş verib. Cinayəti törədənlər məlumdur. Lakin hansısa səbəbdən Cəlilabad prokurorluğu bu işi ört-basdır etməyə cəhd edir. Şikayətçi yazır ki, məsələ ilə bağlı ölkə rəhbərliyinə və Baş prokuror Zakir Qaralova müraciət etdikdən sonra işin araşdırılması Lənkəran prokurorluğuna həvalə edilib: “Lakin məsələ burasındadır ki, bu işi ilk araşdıran polis polkovnik-leytenantı Vidadi Əhədov prokurorluğa göndərdiyi materialların arasından izahatı çıxarıb, prokuroluğun əməkdaşı Nurlan Rəhmanov isə oğurluq edən şəxsin ifadəsini dəyişib. Həmin ifadədə oğurluq edən şəxs cinayətini etiraf etmişdi. Nurlan Rəhmanovdan sonra işi araşdıran prokurorluğun digər əməkdaşı Zöhrab Verdiyev də kobud qanun pozuntusuna yol verib. Beləliklə, həmin şəxs və onun cinayət ortaqları məsuliyyətdən kənarda qalıb.

Cənab president,sizdən bir ağbirçək ana kimi xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayasınız. Və prokuroluq işçilərinin adına ləkə gətirən bu şəxslərin cəzalandırılmasını təmin edəsiniz”.

Şikayətçi oğurluq hadisəsi ilə bağlı əlində olan sübutları da müraciətə əlavə edib. Sübutların arasında audiofaktlar da var.

Az24saat.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.