Now Reading:
Xınalıq sakinləri: Alpinistlər sağ qala bilərlər – VİDEO
Full Article 40 second read


Quba rayonu istiqamətində itkin düşmüş “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyadzadə Namin Nizami oğlunun axtarışları davam edir.

Oxu.Az-ın hadisə yerinə ezam olunmuş əməkdaşı Xınalıq kəndində yerli sakinlərlə görüşüb, onlarla hadisə ilə bağlı söhbət edib.

Kənd sakinləri bildiriblər ki, alpinistlər qar uçqunu altında qala bilərlər.

“Əgər özləri ilə ərzaq götürüblərsə və mağaraya düşüblərsə sağ qala bilərlər, baxmayaraq ki, hadisədən 10-12 gün keçib”, – yerli sakinlərdən biri deyib.

Bildirilir ki, alpinistlərin itkin düşdüyü vaxt güclü çovğun olub.

Yerli sakinlər əlavə ediblər ki, qarın əriməsi may ayına qədər çəkə bilər.

Mövzu ilə əlaqədar daha ətraflı videosüjeti təqdim edirik:

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.