Now Reading:
Xam neft hasilatı 23,66% azalıb
Full Article 40 second read


İqtisadçı-ekspert Nemət Əliyev

Xam neftin hasilat həcmi 2017-ci ildə daha 2,3 milyon ton azalıb: 2016-cı ildə 41,03 milyon ton, 2017-ci ildə 38,78 milyon ton neft hasil olunub. Bu, neft hasilat sənayesində son 6 ilin ən böyük tənəzzülüdür. Son 7 ildə xam neft hasilatı üst-üstə 12 milyon tondan çox və ya 23,66% azalıb.

Ötən il əsas məhsullardan təbii qaz hasilatı 768 milyon kub metr, elektrik enerjisinin istehsalı isə 522 milyon kilovat.saat düşüb.

Bu gün ölkə iqtisadiyyatının dayağı sayılan bu əsas məhsulların istehsalında müşahidə olunan bu tendensiya, demək olar ki, ölkə iqtisadiyatının ümumi vəziyyətini düzgün əks etdirir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.