Now Reading:
Xaçmazda penoplas müəmması – SAKİNLƏR NARAHAT, RƏSMİLƏR İSƏ RAHATDIR (Fotolar)
Full Article 50 second read


Xaçmaz şəhərində Nəriman Nərimanov küçəsi 70 ünvanında yerləşən 2 yaşayış binası penoplasla üzlənir.

Bu barədə Az24saat.org-a sakinlər məlumat verib. Onların sözlərinə görə, binanın sakinləri bundan narahatdır.

Sakinlər iddia edir ki, 2 ay bundan qabaq başlanan üzləmə işi başçının təşəbbüsüdür. Onların narahatlığı penoplasın yanan materiallar qrupuna aid olması ilə bağlıdır.

Sakinlər Bakının Binəqədi rayonunda baş verən faciənin təkrarlana biləcəyindən ehtiyat edir. Yada salaq ki, 2015-ci il mayın 19-da Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın baş verib. Hadisə nəticəsində 15 nəfər ölüb 50 nəfər xəsarət alıb.

Məsələ ilə bağlı saytımıza açıqlama verən RİHB-nın müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırlması şöbəsinin müdiri Bəxtiyar Osmanov bildirib ki, narahatçılığa heç bir əsas yoxdur. “Bu binalar penoplasla üzlənən sayca beşinci binalardır. Üzləmə prosesində istifadə edilən penoplas alışmaya davamlı materialdır və bu penoplasa FHN tərəfindən müvafiq sertifikat verilib.”

Az24saat.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.