Now Reading:
Xədicə İsmayıl Ali Məhkəmə prosesində iştirakdan ötrü 3 məktub yazıb
Full Article 2 minutes read

Xədicə İsmayıl Ali Məhkəmə prosesində iştirakdan ötrü 3 məktub yazıb

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıl kassasiya şikayəti üzrə mayın 25-də Ali Məhkəmədə keçiriləcək iclasda iştirak etməkdə israrlıdır.

Bu barədə AzadlıqRadiosuna jurnalistin vəkili Yalçın İmanov məlumat verib.

Hazırda 4 saylı cəzaçəkmə müəssisəsində saxlanılan jurnalist Ali Məhkəmədəki prosesdə özünün də iştirakının təmin olunması üçün üç məktub yazıb. Vəkilin sözlərinə görə, bu məktubların heç birinə cavab verilməyib.

“Cavab verilmədiyinə görə də biz Xədicə İsmayılın Ali Məhkəməyə gətirilib-gətirilməyəcəyini bilmirik. Xədicə də bunu nəzərə alaraq, müdafiəçilərindən xahiş edib ki, şikayətinə baxılarkən özü məhkəməyə gətirilməsə, vəkilləri onun iştirakının təmin olunması barədə vəsatət qaldırsınlar”, – Yalçın İmanov bildirib.

Vəkil onu da qeyd edir ki, Xədicə İsmayıl prosesdə iştirak etməkdə israrlı olsa da, Ali Məhkəmədən xüsusi gözləntisi yoxdur.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb. Apellyasiya Məhkəməsinin bu qərarından kassasiya şikayəti verilib və həmin şikayətə mayın 25-də saat 14.30-da Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyilə baxılacaq.

Xədicə İsmayıl ittihamları rədd edir və jurnalist fəaliyyətinə, özəlliklə, prezident və ailəsinin gizli biznesi barədə araşdırma yazılarına görə cəzalandırıldığını bildirir.

“Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı Xədicəni “vicdan məhbusu” elan edib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.