Now Reading:
“WhatsApp”da kim kiminlə danışır? – Bunu öyrənməyin yolu
Full Article 30 second read

Yeni yaradılan mobil tətbiq xüsusilə cütlüklər üçün ciddi problem yaradacaq.



Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, “Chatwatch” adlı proqram dostlarınızın “WhatsApp”da kiminlə yazışdığını öyrənməyə şərait yaradacaq. Mobil tətbiq həmçinin, qarşı tərəfin “WhatsApp”a hansı intervalla daxil olduğunu da göstərəcək. Üstəlik, “sonuncu daxilolma vaxtını” gizlədənlər də bu proqramdan qaça bilməyəcəklər.

Qeyd edək ki, mobil tətbiq ilk olaraq “App Store” istifadəçilərinə təqdim olunub. Lakin “Apple” şirkəti heç bir açıqlama vermədən tətbiqi siyahıdan silib. Daha sonra isə “Chatwatch”ın yaradıcıları proqramın web versiyasını yayımlayacaqlarını bildiriblər.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.