Now Reading:
“WhatsApp” ödəniş sisteminin tətbiqinə başladı
Full Article 30 second read


“WhatsApp” smartfonla xidmətlər və pullara görə ödəniş həyata keçirmək üçün “WhatsApp Pay” xidmətini işə salıb.

Oxu.az xəbər verir ki, “WhatsApp” yeni funksiyasının sınağını Hindistanda həyata keçirir.

“WhatsApp Pay” kommersiya hesabları istisna olmaqla, istifadəçilərə messencerin digər istfadəçilərinə, pul köçürməyə imkan verəcək.

Artıq əlavənin beta-versiyasını iOS və Android əməliyyat sistemləri dəstəkləyir. Hələlik pul köçürmələri yalnız “WhatsApp Pay” pul kisələri arasında mümkün olacaq.

Gələcəkdə funksiyanın digər pulköçürmə sistemləri ilə əlaqələndirilməsi planlaşdırılır.

Hələlik “WhatsApp Pay”in nə vaxtdan digər ölkələrdə istismara veriləcəyi açıqlanmır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.