24 saat

Vüsal Məmmədovun sahiblərindən İlham Əliyevə qarşı aşkar hədə


Neft erasının bitdiyi, Azərbaycanın neftdən gələn gəlirlərinin külə sovulduğu ərəfədə şan-şöhrəti özünə qazanc bilən YAP iqtidarı müxtəlif idman yarışlarını təşkil etməklə analoqu olmayan imic formalaşdırmaq niyyətindədir. Fəqət, hazırda İlham Əliyevin bu müəmmalı siyasətini hakimiyyətin ən az iki hissəyə parçalanması, sosial vəziyyətin dözümsüz həddə olması, beynəlxalq imicin dibə vurması müşaiyət edir.

Yuxarıda yazdıqlarımızı giriş xatirinə deyil, hazırda üzləşdiyimiz durumu və bunun törətdiyi siyasi mənzərini azacıq da olsa izah edə bilmək adına təsnif etdik. Hazırda Azərbaycan Amerika, Avropa və Rusiya arasında siyasi balansı qorumalı olduğu kimi, həm də İran və Türkiyə arasında dini balansı da təmin etməklə mövcudiyyətini münaqişəsiz sürdürməyə, regiona hər hansı silahlı münaqişənin gəlişini önləməyə məhkumdur. Başqa sözlə, İslam coğrafiyasının barıt qoxuduğu ərəfədə dini zəmində stabillik Əliyev hakimiyyətinin həyat iksiridir.

Təbii ki, hakimiyyət daxilində birinci Əliyevin qorumağa çalışdığı, məhz bu səbəbdən “İslam Oyunları”na belə pul xərcləməyi gözə aldığı ərəfədə, bu balansa qarşı çıxan hakimiyyətdaxili qüvvələr də kifayət qədər ayıq-sayıqdır. Bu qüvvələrin olub-bitənə səssiz qalacağını düşünmək sadəlövlük olardı. Elə ilk həmləsindəcə şəhərin mərkəzində ölkə başçısının iradəsinə zidd olaraq məscid sökdürməyə cəsarət edən həmin qüvvələr “çevik önləm” sayəsində hədəfə doğru irəliləyə bilmədi. Lakin onlar üçün durmaq, dayanmaq yoxdur. Məhz Əliyevi dini çalxalanma ilə təzyiq altında saxlamaxa çalışan məmurlar son dönəmlər vətəndaşlar arasında dini zəmində qarşıdurma yaratmaq istəyi ilə yenidən gündəmdədir.

Müşahidələr göstərir ki, daha çox sosial şəbəkələrdə vəziyyəti nəzarət altında saxlamağa çalışan bu siyasi güc ara-sıra İlham Əliyevə ölkədə dini tolerantlığın dözülməz olduğunu sübut edə bilməklə təkcə rəsmi Moskvanın etimadını doğrultmuş olmur; bu gedişlə, məlum qüvvə həm də İlham Əliyevə daha da yaxınlaşmaq şansı əldə edir.

Onların bu cəhdinin konkret hansı nəticələri verdiyini söyləmək iqtidarında olmasaq da, hakimiyyətin Eynulla Fətullayevdən sonra mətbuatdakı ən uğurlu projesi olan azvision.az saytının baş redaktoru Vüsal Məmmədovun ardıcıl və düşünülmüş şəkildə dindar kəsimi (yalnız müsəlmanları!) təhqir edən statuslar paylaşması planın uğurla irəlilədiyinə işarədir.

“Əsas o deyil ki, qarşı tərəfdə kim var. Əsas odur ki, sənin arxanda kim dayanıb!”

İlham Əliyevi daim təzyiq altında saxlayan siyasi qanadın ən böyük mətbu silahı “Qarabağ Gündəliyi”nin müəllifi Fətullayev və namaz qılanları “şizofren” adlandıran Vüsal Məmmədovdur. Fikir verin, burada söhbət eyni siyasi qüvvənin eyni məqsəd uğrunda eyni qaydada həm erməni təzyiqindən, həm də dini qarşıdurmadan ustalıqla bəhrələnməsindən gedir.

Namaz qılanlar bilirlər: lap axırda çiynində oturan mələklərə salam verməlisən. Təsəvvür elə: yekə bir bir adam oturub, gözucu sağ və sol çiyinlərinə baxaraq, oradakı mələklərlə salamlaşır. Yəni ciddi şəkildə inanır ki, çiynundə mələklər oturub! Bu, artıq, cəhalət də deyil, bunun adı şizofreniyadır. Elmi dildə buna “Reallıqda mövcud olmayan zoomorfik canlılarla xəyali ünsiyyət şəklində hallüsinasiya” deyirlər. Mənə inanmayan varsa, psixiatrlardan soruşun, sizə izah edər.

Vüsal Məmmədovun müsəlmanları təhqir edən statusu

İndiki halda Vüsal Məmədovun düşmənlərin əlinə “Azərbaycanda dini dözümlülük pis vəziyyətdədir” (Baxmayaraq ki, Vüsal Məmmədov yalnız müsəlmanları və İslan dini təhqir edir) deyə biləcək arqument verməsi və buna yaxın intervalda hakimiyyətdən qidalandığı hər kəsə məlum olduğundan “Əsas o deyil ki, qarşı tərəfdə kim var. Əsas odur ki, sənin arxanda kim dayanıb!” yazaraq hədəf taxtasına İlham Əliyevi yerləşdirməsi təsadüf sayıla bilməz.

Təhqirin müəllifi hakimiyyəti hədəf göstərir

Bu, konkret, heç bir istisna olmadan İlham Əliyevə qarşı hakimiyyətdə təmsil olunan rusiyapərəst cinahın sabotajıdır! Bu həm də yaxınlaşmaqda olan dini qarşıdurmanın anonsudur. İndi İlham Əliyevin mesajı necə dəyərləndirməsindən və güclər balansında yerindən oynamaqda olan daşları yenidən yerinə oturda bilməsindən çox şey asılıdır.

Görünən budur ki, Vüsal Məmmədovun bağlı olduğu siyasi qanadın timsalında Azərbaycanda quraşdırılan “saatlı bomba” fəaliyyətə başlayıb. Onun partlamaması üçün önləmlər bu gündən gec olmayaraq atılmalıdır. Əks təqdirdə regionda uzun illər bərpası mümkün olmayan yeni münaqişə alovlana bilər. Ki, bu münaqişə Azərbaycana heç bir halda sərf etmir. Çünki dini baxımdan parçalanmış Azərbaycanın belə bir savaşdan tək parça halında çıxacağına cüzi də olsa ehtimal yoxdur. Bunu bilən vüsalməmmədovların isə Azərbaycanı parçalamaq ehtirası sənciməyəcək.

Vüqar Qurdqanlı

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: