Now Reading:
Vüqar Bəkirovun apellyasiya şikayətinə baxılacaq
Full Article 1 minutes read

Vüqar Bəkirovun apellyasiya şikayətinə baxılacaq

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

Dələduzluqda təqsirləndirilən Vüqar Bəkirov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə baxılacaq.

İlkin baxış iclası iyulun 8-nə təyin edilib.

Qeyd edək ki, V.Bəkirov Ülviyyə Ələkbərova adlı qadından və Biləsuvar rayon sakini Oruc Məmmədovdan dələduzluq yolu ilə pul alaraq qaytarmayıb. Hər iki şəxs hüquq-mühafizə orqanlarına müraciət edib. Məhz bundan sonra V.Bəkirov barəsində cinayət işi başlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

İbtidai istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilməyən V.Bəkirov bir neçə dəfə məhkəməyə gəlmədiyi üçün Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov tərəfindən əvvəl axtarış haqqında qərar qəbul edilib. Daha sonra polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Bəkirov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Yasamal Rayon Məhkəmənin hökmü ilə V.Bəkirov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan V.Bəkirov apellyasiya şikayəti verib. Xatırladaq ki, V.Bəkirov mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun dostudur. O, İ.Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynova barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Nəticədə M.Hüseynova həbs edilib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.