Now Reading:
Vizasız rejim Avropa Birliyindən asılıdır, yoxsa Azərbaycandan?
Full Article 2 minutes read

Vizasız rejim Avropa Birliyindən asılıdır, yoxsa Azərbaycandan?

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

Avropa Birliyi Gürcüstan və Ukrayna vətəndaşlarına vizasız rejim elan edəndən sonra Milli Məclisdə Avropa Birliyindən Azərbaycan vətəndaşları üçün də viza rejiminin ləğvi və ya sadələşdirilməsi tələb olunub. Ancaq bu,Avropa Birliyindən yoxsa Azərbaycandan asılı olan məsələdir? Addımı kim atmalıdır?

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli deyir ki, Şərq Tərəfdaşlığına daxil olan ölkələrdən 3 ölkə – Moldova, Ukrayna, Gürcüstan Avropa Birliyinin təqdim etdiyi fəaliyyət planını yerinə yetirdikləri üçün həmin ölkələrin vətəndaşları üçün azad viza sistemi ləğv olunub.

Digər 3 ölkə -Azərbaycan, Ermənistan və Belarusa gəldikdə isə Anar Məmmədli bildirir ki, bu ölkələr Avropa Birliyinin fəaliyyət planına daxil olan həmin kriteriyalara cavab vermirlər. Xüsusilə hüquq müdafiəçisi həmin fəaliyyət planında nəzərdə tutulan insan azadlıqları və hüquqları məsələlərini önə çəkir. Onun sözlərinə görə Avropa birliyinin digər 3 ölkəyə göstərdiyi əməkdaşlığı Azərbaycan üçün tələb etmək əsassız və kifayət qədər ədalətsiz yanaşmadır. Anar Məmmədli deyir ki, ilk növbədə Azərbaycan həmin kriteriyalara cavab verməlidir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramovun sözlərinə görə Azərbaycan vətəndaşlarının Avropa Birliyi ölkələrinə vizasız gedişi birbaşa Azərbaycan Avropa İttifaqı ilə Şərq tərəfdaşlığı proqramı çərçivəsində assosiativ müqavilə ilə bağlı danışıqlara başlaması ilə bağlıdır.

Onun sözlərinə görə bunun üçün Azərbaycan bu danışıqları intensivləşdirməli və sürətləndirməlidir. Vüqar Byramovun fikrincə mövcud danışıqları və müzakirələrin səviyyəsini nəzərə alsaq yaxın vaxtlarda Azərbaycan vətəndaşlarının Avropaya vizasız getmək hüququ əldə edə biləcəyi gümanı yoxdur.

24saat.org

Mənbə – azadliq.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.