Now Reading:
Vergilər naziri müavininin istefa xəbəri yayıldı
Full Article 30 second read


Vergilər nazirinin müavini Namiq Əliyevin istefa ərizəsi yazdığına dair məlumat yayılıb.

az24saat.org xəbər verir ki, Modern.az saytını bilgiləndirən mənbənin sözlərinə görə, son günlər nazir müavininin iş yerinə gəldiyini görənlər olmayıb.

Qeyd edilir ki, Namiq Əliyev ötən həftə kabinetindəki əşyalarını toplayaraq, nazirlikdən ayrılıb.

Onun istefasının hələ ki rəsmiləşmədiyi, ancaq yerinə tezliklə yeni təyinat olacağı bildirilir.

Vergilər Nazirliyindəndən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Namiq Əliyev 2004-cü ilin fevralından vergilər nazirinin müavini işləyir. Onun sabiq vergilər naziri Fazil Məmmədova yaxın kadr olduğu, onları qudalıq əlaqələrinin bağladığı söylənilir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.