Now Reading:
Vergi Məcəlləsinə dəyişikliklər ediləcək – Deputatdan açıqlama
Full Article 2 minutes read

Vahid Əhmədov: “Buna getmək olmaz”



“Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi hazırlanır. Mən nazirliyə əlavə dəyər vergisi və sadələşdirilmiş vergi ilə bağlı təklifimi vermişəm”.

Bu barədə “Bizim Yol”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, kiçik və orta sahibkarlığın inkişafı Vergi Məcəlləsinə dəyişikliklərdən keçir: “Məndə olan məlumata görə, Vergilər Nazirliyində bu istiqamətdə işlər gedir. Bəli, sahibkarlığı inkişaf etdirilməsi və rəqabət mühitinin yaxşılaşdırılması üçün qanunvericilikdə müəyyən dəyişikliyə ehtiyac var.

Xatırladım ki biz demək olar hər il Vergi Məcəlləsinə dəyişiklik etmişik. Sonuncu dəfə ciddi dəyişikliklər 2016-cı ildə oldu. Belə ki vergi yükünün müəyyən qədər azaldılması və sahibkarlığın inkişafı ilə bağlı dəyişiklikləri qəbul etdik”.
V.Əhmədov kənd təsərrüfatı sahəsinə verginin tətbiq olunmasının tərəfdarı olmadığını bildirdi: “Son illərdə Azərbaycanın ixrac məhsulları arasında kənd təsərrüfatı məhsullarının payı artıb. Qeyri-neft sektorunu inkişaf etdirmək istəyiriksə, bu sahəyə diqqət yetirməliyik. İkincisi, biz hələ rayonlarda, kəndlərdə yol infrasturukturunu yüksək səviyyədə təşkil edə bilməmişik ki biz torpaq vergisindən başqa vergi də alaq. Bütün dünyada kənd təsərrüfatı dotasiya ilə işləyir, subsidiya alır. Bizdə də subsidiya verilir. Hələlik kənd təsərrüfatı məhsullarına verginin tətbiq olunması tezdir. Buna getmək olmaz”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: