Now Reading:
Vahid Mustafayev ANS-çiləri bir yerə yığdı – Yeni iş
Full Article 30 second read

Vahid Mustafayev ANS-çiləri bir yerə yığdı – Yeni iş



ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev bir neçə gün öncə keçmiş işçiləri ilə görüşüb.
Mustafayev əməkdaşlara telekanalın bir daha açılmayacağını deyib və “Bakıfilm” studiyası ilə işlərinə davam edə biləcəklərini söyləyib. Yəni, film sahəsindən anlayışı olan əməkdaşlar “Bakıfilm”ə dəvət olunub. Ancaq bir çox əməkdaş onun bu təklifindən imtina edib. Bəziləri isə Mustafayevin təklifini qəbul ediblər.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS Müstəqil Yayım və Media Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə iddiasına bir neçə instansiyada baxılıb və telekanalın lisenziyası ləğv edilib.
(olke.az)

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.