Now Reading:
Uşaqlarla kobud davranmada şübhəli bilinən tərbiyəçi saxlanılıb
Full Article 40 second read

Ona qarşı əzab vermə maddəsi ilə cinayət işi açılıb



İyunun 11-də Yasamal rayonu ərazisində yerləşən “Kids Studio”-da uşaqlarla kobud davranan müəllimə Firuzə Tağıyeva saxlanılıb.

Məlumatı APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə deyib.

Bildirib ki, faktla bağlı Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Kids Studio Uşaq Mərkəzi”ndə tərbiyəçinin azyaşlılarla kobud davranması və onları döyməsi ilə bağlı görüntülər bir neçə gündür media və sosial şəbəkələrin müzakirəsinə səbəb olub, eyni zamandaMilli Məclisdə də gündəmə gətirilib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.