Now Reading:
“Uşaq baxçalarında bütün otaqlarda kameralar quraşdırılmalıdır”
Full Article 2 minutes read


Bu günlərdə Baş nazir Artur Rasi-zadə “Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası”nı təsdiqləyib.

Qaydaları şərh edən təhsil üzrə ekspert Kamran Əsədov bizimyol.info-ya bildirib ki, qaydaların müəyyənləşdirilməsinə ehtiyac var idi: “Dövlət tərəfindən maliyyələşən uşaq bağçalarına uşaqların cəlb olunması zamanı ciddi qanun pozuntuları, neqativ hallar baş verib. Belə ki, valideyinlərin müraciətləri zamanı məktəbəqədər təhsil müəssisələrinin rəhbərliyi və əməkdaşları tərəfindn əsassız tələblər, imtinalar baş verib. Hətta bu hal kütləvi hal alıb. Heç bir sosial vəzyyətindən, imtiyazlı təbəqədə aid olmasından asılı olmayaraq dövlət baxçalarında istər uşaqların qəbulu, istərsə də onların tərbiyəsi, qidalanması ilə bağlı xoşagəlməz hallar demək olar ki, hələ də davam edir. Lakin yeni qəbul qaydaları qeyd olunan neqativ halların qarşısını ciddi şəkildə alacaq”.

Ekspert qeyd edib ki, hazırda Azərbaycanda 1680 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, bunlardan 1639-u dövlət, 41-i isə özəldir: “Məktəbəqədər təhsil müəssisələrindəki uşaqların sayı min nəfərə 107,7 nəfər təşkil edir. Onlardan 106,1 nəfəri dövlət, 1,6 nəfəri isə özəl məktəbəqədər təhsil müəssisəsində təhsil alır. Hər yüz yerə düşən uşaqların sayı isə 89-dur. Uşaqların məktəbəqədər təhsil müəssisələri ilə əhatəliliyi (1-5 yaşlı uşaqların ümumi sayına nisbətən) 13,3 faizdir”.

K.Əsədov hesab edir ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul zamanı ortaya çıxan neqativ halların qarşısını almaq üçün bütün baxçaların elektron saytları fəaliyyət göstərməlidir, uşaq baxçalarına qəbul elektron qaydada həyata keçirilməlidir: “Bununla yanaşı uşaq baxçalarında bütün otaqlarda kameralar quraşdırılmalıdır ki, valideynlər övladlarını gün ərzində izləyə bilsinlər. Bu həm də baş verəcək neqativ halların artadan xaldırılması üçün vacib amillərdən biridir.

Bu pillədə təhsil alanlara dərs deyən, onların tərbiyəsi ilə məşğul olanların təhsili də mühüm məsələdir. Təəsüflər olsun ki, onlar arasında təhsillilər üstünlük təşkil etmir. Məktəbəqədər təhsil müəssisələrinə yeni qəbul qaydalarında uzun müddət ərzində olan problemlərin həlli üçün mühüm qanunvericilik bazası formalaşdırılıb. Bundan sonra yeni qaydaların icrasına ciddi şəkildə nəzarət olunarsa, məktəbəqədər təhsil müəssisələrinə cəlb olunma faizi sürətlə artmaqla yanaşı, keyfiyyət artımı da sürətlə olacaqdır”.
bizimyol.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.