Now Reading:
“Ukrayna Azərbaycanın Krımla bağlı mövqeyini alqışlayır”
Full Article 40 second read

“Ukrayna Azərbaycanın Krımla bağlı mövqeyini alqışlayır”



“Ukrayna Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır və Azərbaycanın Krımla bağlı analoji mövqeyini alqışlayır”.

APA-nın “112 Ukraina” telekanalına istinadən verdiyi xəbərə görə, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko Bakıda Azərbaycan prezidenti ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

 

“Mən qeyd etmək istərdim ki, Ukrayna Dağlıq Qarabağı və onun hər hansı sənədlərini tanımır. Azərbaycanın da Krımla bağlı analoji mövqeyini alqışlayırıq”, – deyə o, söyləyib.

 

P. Poroşenko Ukraynanın BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzü olması nəzərə alınmaqla, çoxtərəfli formatda qarşılıqlı fəaliyyəti, yanaşmaları razılaşdırmaq və əlaqələndirmək barədə razılığa gəldiklərini açıqlayıb: “Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olub və Ukraynanı fəal dəstəkləyib.

 

İndi biz bildiririk ki, Azərbaycan da bizim 2016-2017-ci illərdəki üzvlüyümüz dövründə Ukraynanın dəstəyinə arxalana bilər”.

 

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.