Now Reading:
Ukrayna Azərbaycana ixracının yarıdan çoxunu itirib
Full Article 40 second read

Ukrayna Azərbaycana ixracının yarıdan çoxunu itirib



Rusiya tərəfinin məhdudlaşdırıcı tədbirləri genişləndirməsi Ukrayna mallarının bu ölkə üzərindən ixracına ciddi ziyan vuracaq.

RİA Novosti xəbər verir ki, bu barədə Ukraynanın iqtisadiyyat nazirinin müavini Natalya Mikolskaya deyib.

O xatırladıb ki, Rusiya prezidenti Vladimir Putinin imzaladığı qərara əsasən, bu ölkənin ərazisindən tranzit olaraq keçən Ukrayna mallarına qarşı məhdudlaşdırıcı tədbirlərin siyahısı genişlənib.

“Ukrayna mallarının 98%-i Rusiya üzərindən Qazaxıstana gedir. Pul ekvivalentində söhbət il ərzində 682 milyon dollardan gedir. Rusiyadan tranzit keçməklə mallarımızın 93,9%-i Qırğız Respublikasına ixrac olunur. Bu isə pul ekvivalentində 70 milyon dollar edir”, – deyə nazir müavini qeyd edib.

O əlavə edib ki, cari ilin I rübündə Rusiya tərəfinin məhdudlaşdırıcı tədbirləri nəticəsində Ukrayna Qazaxıstana ixracın 47,9%-ni, Qırğız Respublikasına 70%-ni, Azərbaycana 53%-ni, Türkmənistana 44%-ni, Özbəkistana 35%-ni, Tacikistana 53%-ni itirib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: