Now Reading:
Ukrayna 3 əsgərinin öldürüldüyünü deyir
Full Article 40 second read


Ukrayna ordusu dekabrın 18-də üç əsgərinin öldürüldüyünü bildirib. Ordu son 24 saat ərzində ölkənin şərq hissəsində rusiyapərəst separatçıların atəşkəsi dəfələrlə pozduğunu qeyd edib.

Müdafiə Nazirliyi separatçıların minaatanlar və ağır artilleriyadan istifadə edərək atəşkəsi 14 dəfə pozduğunu vurğulayıb.

Separatçılar isə dekabrın 18-də bildiriblər ki, Ukrayna silahlı qüvvələri avtomat silahlar, qumbaraatanlar, minaatanlar və artilleriyadan istifadə etməklə atəşkəsi 17 dəfə pozublar.

2014-cü ilin aprelindən Donetsk və Luqansk regionlarında hökumət qüvvələriylə rusiyapərəst separatçıların toqquşmalarında 10 min 300-dən çox adam ölüb.

Minsk razılaşmaları çərçivəsində elan olunan atəşkəs sövdələşmələri isə tam yerinə yetirilməyib.

Sonuncu atəşkəs razılığı avqustun 22-də Almaniya, Fransa, Rusiya və Ukrayna liderlərinin telefon danışığı zamanı əldə olunub.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.