Now Reading:
Uçot dərəcəsi 2 dəfə artacaq – Dollar bahalaşacaq
Full Article 50 second read

Uçot dərəcəsi 2 dəfə artacaq – Dollar bahalaşacaq



ABŞ Federal Ehtiyat Sistemi (FED) 2017-ci ildə uçot dərəcəsini daha 2 dəfə artıracaq.
24saat.org Report-a istinadən xəbər verir ki, bu barədə məlumat “The Wall Street Journal”ın 7-11 aprel tarixlərində 61 iqtisadçı-respondent arasında apardığı sorğunun nəticələrinə əsasən verilib.

Sorğuda iştirak edənlərin hamısı iyun ayında uçot dərəcəsinin artırılacağını bildirib. Lakin növbəti artımı respondentlərin 66,7%-i sentyabr, 31,1%-i isə dekabr ayında gözlədiklərini ehtimal ediblər.
Həmçinin, qəzetdə dərc olunan məqalədə analitiklərin ABŞ iqtisadiyyatının gələcəyi barədə gözləntilərinin pisləşdiyi bildirilir. Belə ki, onlar ABŞ prezidenti Donald Trampın seçkiqabağı iqtisadi vədlərinə şübhə ilə yanaşmağa başlayıblar. Sorğuda iştirak edən ekspertlərin proqnozuna görə, 2017-ci ilin ilk rübündə ABŞ iqtisadiyyatının illik müqayisədə 1,4% artacaq. Mart ayında bu gözləntilər 1,9%, dekabrda isə 2,3% olub. Martda ABŞ-da resessiya olacağını ehtimal edənlər 14% təşkil edirdisə, apreldə bu göstərici 16%-ə çatıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.