Now Reading:
Türkiyənin ədliyyə naziri: “İsrail və Rusiya ilə münasibətləri normallaşdırmağa çalışırıq”
Full Article 40 second read

Türkiyənin ədliyyə naziri: “İsrail və Rusiya ilə münasibətləri normallaşdırmağa çalışırıq”



“Kim ki, dünən Türkiyənin İsrail və Rusiya ilə münasibətlərinin pisləşməsini tənqid edirdi, indi həmin əlaqələrin normallaşmasına hiddətlənir”. Bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Yozqat vilayətindəki çıxışında deyib.

Türkiyənin hökumət rəsmisi qeyd edib ki, rəsmi Ankara hər iki dövlətlə münasibətləri normallaşdırmağa çalışır. “Sözsüz ki, tərəflərdən hər biri öz maraqların müdafiəsinə cəhd edir. Bu, beynəlxalq hüquq nöqteyi-nəzərindən normaldır. Türkiyə həmin ölkələrlə ziddiyyətlərin dərəcəsini azaltmağa və mehriban münasibətləri inkişaf etdirməyə çalışır”. – deyə ədliyyə naziri qeyd edib.

O, bildirib ki, Türkiyənin Rusiya ilə münasibətlərinin yaxşılaşması hər iki tərəfə sərfəlidir.

Bəkir Bozdağın sözlərinə görə, Türkiyənin Misirlə əlaqələrinin normallaşması məsələsində də müsbət siqnallar var.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.