Now Reading:
Türkiyəli paralimpiyaçı ağırlıqqaldıran dopinqə görə 2 il diskvalifikasiya edilib
Full Article 40 second read

Türkiyəli paralimpiyaçı ağırlıqqaldıran dopinqə görə 2 il diskvalifikasiya edilib

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

Türkiyəli paralimpiyaçı ağırlıqqaldıran İzzettin Kanat dopinqə görə 2 il diskvalifikasiya edilib.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Paralimpiya Komitəsi (İPC) qərar qəbul edib.

Komitənin yaydığı məlumata görə, bu ilin fevralında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatında iştirakı çərçivəsində türkiyəli idmançıdan götürülən analizin nəticəsində qadağan olunmuş “meldonium” maddəsi tapılıb. Bu səbəbdən İzzettin Kanat 2018-ci il fevralın 18-dək heç bir yarışa qatıla bilməyəcək. Bununla da türkiyəli ağırlıqqaldıran vəsiqə qazandığı 2016-cı il Rio-de-Janeyro Paralimpiya Oyunlarında iştirak etməyəcək.

Xəbərdə bildirilib ki, İzzettin Kanatın qərardan Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcək.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.