Now Reading:
Türkiyədə yaradılan şirkətlərin sayına görə Azərbaycan ABŞ və Çindən öndədir
Full Article 40 second read


2017-ci ilin son altı ayı ərzində Türkiyədə Azərbaycan sərmayəli 136 şirkət yaradılıb.

Bu barədə məlumatı Türkiyə İqtisadiyyat Nazirliyi yayıb.

2017-ci ilin sonuna Türkiyədə xarici sərmayəli şirkətlərin ümumi sayı 58 422-yə çatıb. Statistik göstəricilərə əsasən, 2017-ci ilin II yarısında 3 313 yeni şirkət yaradılıb. Qeyd edək ki, 2016-cı ilin sonuna xarici sərmayəli şirkətlərin sayı 52 754 olub ki, bu da 2017-ci ildə bu şirkətlərin sayında illik 5 668 vahid artım olmasını göstərir.

Son altı ayda yaradılan xarici şirkətlərin sıralanmasında ilk yeri 428 şirkətlə Almaniya, ikinci yeri 356 şirkətlə Suriya, üçüncü yeri 231 şirkətlə İran tutub. Daha sonra siyahıda İngiltərə (198), Hollandiya (171), Rusiya (146), Azərbaycan (136), İraq (132), ABŞ (104) və Çin (90) yer alıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.