Now Reading:
Türkiyədə seçki başa çatdı
Full Article 2 minutes read
 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində səsvermə yerli vaxtla 17:00-da başa çatıb.
Bu barədə Türkiyənin Ali Seçki qurumu məlumat yayıb.

Seçicilər ölkə üzrə qurulan 180 min 65 seçki qutusuna bülletenlərini atıb.

Seçki qurumunun rəhbəri Sadi Güvən bildirib ki, ilkin nəticələr 19:00-dan sonra, yekun nəticə isə 23:00 radələrində açıqlanacaq.

Seçki prosesini 34 ölkədən 650 media təmsilçisi və 500 yaxın beynəlxalq müşahidəçi izləyir

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və 27-ci çağırış parlament seçkiləri keçirilib.

Prezidentlik uğrunda hazırkı ölkə başçısı Rəcəb Tayyib Ərdoğan, Vətən Partiyasının sədri Doğu Perinçek, İyi Partiyasının sədri Meral Akşenər, Cümhuriyyət Xalq Partiyasının namizədi Məhərrəm İncə, Xalqların Demokratik Partiyasının həbsdə olan namizədi Səlahəddin Dəmirtaş və Səadət Partiyasının sədri Teməl Karamollaoğlunun mübarizə aparır.

Yerli mətbuatın məlumatına görə, Türkiyə Böyük Millət Məclisindəki 600 mandat uğrunda mübarizəyə 8 siyasi partiyanı təmsil edən namizədlər qatılıblar.

AKP və MHP “Cümhur ittifaqın”da, Böyük Birlik Partiyası namizədləri də “Cümhur ittifaqın”da AKP namizədləri qismində yer alıb. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı”nda seçkilərə blok şəklində qatılır.

1982-ci il Konstitusiyasına əsasən 10 faizlik baryeri aşan partiyalar parlamentdə təmsil olunacaq. Barajı keçə bilməyən siyasi qüvvələr yaradılan ittifaqlar nəticəsində mandata sahib olacaqlar.

Ölkədə 56 milyon 342 min 263 seçici səs verəcək. İlk dəfə 1 milyon 650 min 171 gənc səsverməyə qatılacaq.

Xaricdəki səsvermə prosesi başa çatıb və bülletenlər Türkiyəyə gətirilib.

Seçki prosesini 34 ölkədən 650 media təmsilçisi və 500 yaxın beynəlxalq müşahidəçi izləyir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.