Now Reading:
Türkiyədə hərbi hissəyə hücum: Ölən var
Full Article 30 second read


Türkiyənin İraqla sərhəddə yerləşən Hakkari vilayətində hərbi hissə hücuma məruz qalıb.

Oxu.Az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, silahlı hücum nəticəsində bir nəfər həlak olub, beş hərbçi yaralanıb.

Hücumun İraq ərazisindən daxil olmuş PKK yaraqlıları tərəfindən həyata keçirildiyi bildirilir.

Yaralanmış hərbçilər Hakkari vilayətinin hərbi hospitalına çatdırılıb.

Qeyd edək ki,Türkiyə və müstəqil dövlət yaratmağa çalışan Kürd Fəhlə Partiyası (PPK) arasındakı münaqişə 30 ildən çoxdur ki, davam edir. Münaqişədə 40 mindən çox insan həyatını itirib. BMT və Avropa İttifaqı PKK-nı terrorçu qruplaşma hesab edir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.