Now Reading:
“Darbe”yə görə generala və digərlərinə ağır cəza tələbi
Full Article 40 second read

Prokuror 252 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzası tələb etdi



Türkiyədə FETÖ terror təşkilatına üzv olmaqda və dövlət çevrilişinə cəhddə ittiham olunan general Akın Öztürk və digərlərinin məhkəməsi davam edir. 24saat.org Türkiyə mediasına istinadən xəbər verir ki,  dövlət ithamçısısı çıxış edərək, sabiq Hava Qüvvələri Komandanı general Akın Öztürkün və digərlərinin Türkiyədə çevrilişə cəhddə baş verən bütün hadisələrə görə təqsirlərnin sübuta yeirildiyini deyərək, onlara cəza verilməsini təklif edib.

Prokuror Akın Öztürk də aralarında olduğu generallara 252 dəfə ağırlaşdırılmış ömürlük azadlıqdan məhrum etmə cəzası verilməsini istəyib. Bu cinayət işi üzrə təqsirləndirilən 224 keçmiş zabit var.

Hadisədə təqsirləndirilən digər şəxslərədə ümumilikdə 55 min 880 il həbs cəzası isəyib. Prokuror təqsirləndirilənlərdən 12 nəfərə bəraət verilməsini istəyib.

 

Günel Məmmədova

24saat.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.