Now Reading:
Türkiyədə çoban partiya qurdu: “Hakimiyyətə gələcəm”
Full Article 40 second read

Türkiyədə çoban partiya qurdu: “Hakimiyyətə gələcəm”

Türkiyədə yeni partiya qurulub. Lent.az oda tv-yə istinadən xəbər verir ki, Mudanya qəsəbəsində yaşayan Sərdar Okuyucu “Dolunay” adlı partiya yaratdığını bəyan edib. 2015-ci ildə rəsmi qeydiyyatdan keçən partiyanın artıq 60 bölgə təmsilçiliyi yaradılıb.


Maraqlıdır ki, S.Okuyucu çobandır və AKP-nin hakimiyyətə gəldiyi ərəfədə onun Mudanya Gənclik şöbəsini quran şəxsdir. O, 2009-cu ildə AKP-dən ayrılaraq HAS partiyasına qoşulub.
Bu partiyanın daha sonra AKP-nin tərkibinə daxil olmasından sonra isə siyasətlə vidalaşıb və kənddə çobanlığa başlayıb.
200 qoyunu çöldə otararkən səmada Ayı gördüyünü və bundan sonra “Dolunay” adlı partiya qurmaq fikrinə düşdüyünü deyən S.Okuyucu çox iddialı açıqlamalar verib. O bəyan edib ki, hakimiyyətə gəlmək fikrindədir və AKP-nin hakimiyyətinə son qoyacaq.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.