Now Reading:
Türkiyədə CHP-nin prezidentliyə namizədi dəqiqləşib
Full Article 30 second read

Türkiyədə keçiriləcək prezident seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi dəqiqləşib.



APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün ana müxalifət partiyasının parlamentdə 116 millət vəkilinin iştirak etdiyi qapalı qrup toplantısında millət vəkili Muharrem İncenin CHP-nin prezidentliyə namizəd olması barədə qərar qəbul edilib.

Artıq paytaxt Ankaranın küçələrində Muharrem İncenin portretləri asılır.

Bu gün saat 11.00-da CHP lideri Kamal Kılıçdaroğlu Ankarada keçiriləcək rəsmi tədbirdə partiyanın prezidentliyə namizədinin adını rəsmən açıqlayacaq.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.