Now Reading:
Türkiyə XİN Xocalı soyqırımının ildönümü ilə əlaqədar bəyanat yayıb
Full Article 50 second read


“Türkiyə olaraq azərbaycanlı qardaşlarımızın 26 il əvvəl Xocalıda üzləşdiyi qəddar hücum və qətliamı hər zaman qəlbimizin ən dərinliyində hiss edir və bu kədəri paylaşırıq”.

APA-nın məlumatına görə, bu barədə Türkiyə XİN-in Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanatında deyilir.

“Bu qətliamı və Azərbaycan torpaqlarının illərlə davam edən işğalını şiddətlə qınayırıq”, – deyə bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, Ermənistan Respublikasının silahlı bölmələri tərəfindən 1992-ci il fevralın 26-da Yuxarı Qarabağın Xocalı şəhərinə edilən hücumda qadın və uşaqlar da daxil olmaqla, yüzlərlə Azərbaycan vətəndaşı qətlə yetirilib və yaralanıb, mindən çox insan əsir götürülüb: “İtkin düşənlərin aqibəti bu günə kimi öyrənilməyib. Dinc sakinlərə qarşı edilən bu insanlıqdan kənar hücum bütün dünya ictimaiyyətinin yaddaşına həkk olunub və vicdanlarda dərin yaralar açıb. Bu gün hələ də Azərbaycan torpaqlarının beşdə biri işğal altındadır. Bir milyondan çox azərbaycanlı öz vətənində qaçqın vəziyyətində yaşayır”.

Türkiyə XİN Xocalı faciəsində həyatını itirənlərə rəhmət diləyib, başsağlığı verib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.