Now Reading:
Türkiyə və İran prezidentləri İlham Əliyevə zəng etdilər
Full Article 2 minutes read

Türkiyə və İran prezidentləri İlham Əliyevə zəng etdilər



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 4-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Virtualaz.org bildirir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyə prezidenti Müqəddəs Ramazan bayramı münasibətilə dövlət başçısını təbrik edib, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlıq edib, bayram münasibətilə Rəcəb Tayyib Ərdoğana təbriklərini çatdırıb, türk xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.

Dövləti başçıları dostluq və qardaşlıq münasibətlərimizin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə ediblər.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani də iyulun 5-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

İran prezidenti müqəddəs Ramazan bayramı münasibətilə dövlət başçısını təbrik edib, Azərbaycan xalqına rifah və əmin-amanlıq arzularını çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlıq edərək, öz növbəsində Ramazan bayramı ilə əlaqədar İran prezidentini təbrik edib, İran xalqına tərəqqi və firavanlıq arzulayıb.

Dövlət başçısı İran prezidentinin gələn ay Azərbaycana gözlənilən səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Azərbaycan və İran prezidentləri ölkələrimiz arasında dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Söhbəti zamanı iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, energetika, Xəzər dənizində birgə əməkdaşlığın gələcəyi ilə bağlı fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: