Now Reading:
Türkiyə seçim qarşısında
Full Article 1 minutes read

Bu gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləridir.

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

24saat.org xəbər verir ki, artıq təbliğat və təşviqat kampaniyalarına yekun vurulub. Seçki məntəqələri saat 08:00-17:00 arasında açıq olacaq. Seçicilər prezident görmək istədikləri namizədə və parlamentdə təmsil olunmaasını dəstəklədikləri partiyaya səs verəcəklər. Səsvermə başa çatdıqdan sonra səslər toplanacaq. Türkiyə Ali Seçki Komissiyasının qərarına əsasən, əvvəlcə prezidentliyə namizədlərin səsləri sayılacaq.

ölkə üzrə ümumilikdə 60 milyona yaxın vətəndaş səsvermə hüququna malikdir. Türkiyənin 60 ölkədə fəaliyyət göstərən 123 diplomatik nümayəndəliyində qeydə alınmış 3,5 milyona yaxın seçicinin təxminən yarısı prosesdə iştirak edib. Azərbaycandakı Türkiyə vətəndaşları iyunun 17-də Bakı, Naxçıvan və Gəncə şəhərlərindəki diplomatik nümayəndəliklərdə səs veriblər.

Prezidentliyə 6 nəfər namizəd var. Ədalət və İnkişaf partiyasının (Adalet ve Kalkınma Partisi – AKP) namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasından (CHP) Muharrem İncə, Xalqların Demokratikliyi Partiyası (HDP) həbsdə olan namizədi Səlaəddin Dəmirtaş, İYİ Partiyasından Meral Akşener, Saadət Partiyasından Təməl Karamollaoğlu və Vətən Partiyasından Doğu Perincek prezident postu uğrunda mübarizə aparacaqlar.

Günel Məmmədova
24saat.org

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.