Now Reading:
Türkiyə qırıcılarını Mosula göndərdi
Full Article 30 second read

Türkiyə qırıcılarını Mosula göndərdi



“Mosulun terrorçu İŞİD qruplaşmasından təmizlənməsi əməliyyatında 4 “F-16″ tipli qırıcı təyyarəmiz iştirak edir”.

Azvision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Mövlud Çavuşoğlu fransalı həmkarı Jan-Mark Eyro ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

“4 “F-16” tipli qırıcımız koalisiyaya aid qüvvələrlə birgə anti-terror əməliyyatında iştirak edir. Biz Mosul əməliyyatında iştirak edirik. İraqın şimalında təlim keçdiyimiz kürd silahlılar və yerli güclər Başika əməliyyatına fəal şəkildə qatılıb. Başikadakı qüvvələrimiz 700 İŞİD silahlısını məhv edib. “, – deyə nazir vurğulayıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.