Now Reading:
Türkiyə Böyük Millət Məclisi toplandı
Full Article 40 second read

Türkiyə Böyük Millət Məclisi toplandı

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) fövqəladə toplantısı keçirilib.

24saat.org   xəbər verir ki, toplantı Türkiyədə çevriliş cəhdi ilə bağlı çağırılıb. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar da TBMM toplantısına qatılıb. İclası açan TBMM sədri İsmail Kahraman daha sonra sözü TBMM sədri parlamentdəki siyasi partiya qruplarının rəhbərlərinə verib.

Öncə hakimiyyətdəki Ədalət və İnkişaf Partiyası adından partiya sədri və baş nazir Binəli Yıldırım çıxış edib.

Sonra söz ana müxalifət partiyası olan CHP sədri Kamal Kılıçdaroğluna verilib.

MHP adından partiyanın lideri Dövlət Bağçalı, Xalqların Demokratiya Partiyası adından (HDP) isə partiyanın parlament qrupunun həmsədri İdris Baluken çıxış edib.

Partiya rəhbərləri dövlət çevirilişinə cəhdi qınayıb və demokratiyanın yanında olduqlarını vurğulayıb. Həmçinin, baş verənlərin əsl gühankarlarının tapılması, hərbçiləri küçələrə çıxaran səbəblərin aradan qaldırılmasının vacibliyi qeyd edilib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.