Now Reading:
Türkiyə Afrində əməliyyata başlayır
Full Article 30 second read


Türkiyə Suriyanın Afrin regionunda ABŞ-ın dəstəklədiyi kürd yaraqlılara qarşı hərbi əməliyyata başlayıb. Bunu ölkənin müdafiə naziri Nurettin Canikli deyib.

Nazirin sözlərinə görə, Ankaranın hazırlaşdığı hərbi əməliyyat yanvarın 19-da “de fakto” başlanıb, Türkiyə daxilindəki qüvvələr sərhəd boyunca artilleriya atəşi gerçəkləşdirib.

Canikli deyir, Ankaranın “başqa variantı” yox idi və Suriyanın şimalını, Türkiyənin sərhədini “bütün terrorçu elementlərdən təmizləməlidir”.

Onun deməsinə görə, Ankarayla Moskva hərbi əməliyyatlar bağlı danışıqları “davam etdirəcəklər”.

ABŞ-ın Suriyada dəstəklədiyi YPG kürd qruplaşması da türk qüvvələrinin yanvarın 19-na keçən gecə Suriyanın Afrin regionunu artilleriya atəşinə tutduğunu təsdiqləyib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.