Now Reading:
Tural Abbaslı Razi Nurullayevə qalib gələ bilmədi
Full Article 40 second read


24saat.org saytının “24 saat” facebook səhifəsində təşkil etdiyi növbəti virtual səsvermə yekunlaşıb.

Səsvermə prezidentliyə namizədliyə iddialılar “AĞ” partiya sədri Tural Abbaslı və Yeni Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev arasında keçirilib. 88 respondentin iştirak etdiyi səsvermədə namizıədlər 50/50-yə nəticə əldə ediblər. Sorğunun yer aldığı posta rəy yazanların əksəriyyəti isə “bu namizədlərdən hansı prezidentliyə layiqdir” sualına cavab olaraq bu şəxsləri tanımadıqlarını, heç birinə səs vermək istəmədiklərini bildiriblər.

Qeyd edək ki, bu, 24saat.org saytının facebook-da təşkil etdiyi ikinci səsvermədir. Bundan əvvəl isə prezidentliyə namizədliyə iddialı şəxsər – YAP sədri İlham Əliyev və MMP sədri Hafiz Hacıyev arasında keçirilib və səsvermə bərabərliklə nəticələnib.

24saat.org-un üçüncü səsverməsi isə namizədlər – Zahid Oruc və Araz Əlizadə arasında keçiriləcək.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.